Galaxy Tab A10.1 ilə iş və istirahət artıq tamamilə yeni keyfiyyətdə

12 İyun 2019 10:00

Planşet fransız sözü olub, avtomatik yazı prossesini asanlaşdırmaq üçün nəzərdə tutulmuş hamar taxta parçası mənasını daşıyır. Günümüzdə planşet sadəcə sənədlərə göz gəzdirmək üçün tələb olunan cihaz deyil, həm də oyun konsolu, mini kinoteatr və daşına bilinən iş kompüteri rolunu oynayır. Beləliklə, yeni  Galaxy Tab A10.1 (2019) planşetində Samsung mühəndisləri universallığı və funksionallığı rahatlıq və azadlıq ilə bir araya gətiriblər. 

Planşet 16 mln rəng ötürə bilən parlaq 10.1" Full HD ekran ilə təchiz olunub. İndi siz sevdiyiniz filmlərin seyrindən zövq alıb, ekranda baş verənlərin abu havasına dala biləcəksiniz. Belə ki, Galaxy Tab A10.1-də yüksək təsvir ötürmə qabiliyyəti və heyrətamiz səsləndirmə birləşib.  Dolby Atmos texnologiyası ilə təchiz olunmuş cihaz həcmli 3D səslənmə yaradaraq sevdiyiniz kontenti izləyərkən sizə tam yeni təəssüratlar bəxş edəcək.

Tab A10.1 (2019) eni 7.5 mm təşkil edən metal korpusa sahibdir. Həmçinin, korpusun mövcud rəng çalarlarından sizə uyğun olanı seçə bilərsiniz, bunlardan qızılı, gümüşü və qara rəngi qeyd etmək olar.  Qeyd edək ki, yeni cihaz 5 MP-lik frontal və 8MP-lik əsas kamera ilə təchiz olunub.

Rahat işləyə bilməniz  və istirahətinizdən daha uzun müddət zövq almanız üçün planşet 6150 mAh tutumlu batareyaya malikdir. Həcmli akkumulyator həm uzaq səfərlər zamanı, həm də sevimli seriyalınızın yeni sezonunu izləyərkən əlavə yükləmə tələb etmir.

Galaxy Tab А10.1 (2019) 2 QB RAM və microSD  ilə 512 QB qədər artırıla bilən 32QB daxili yaddaş ilə təchiz olunub. Həmçinin, qeyd etmək lazımdır ki, planşet SİM kart slotunu da dəstəkləyir. Belə ki, internet çıxışınız  Wi-Fi şəbəkəsinə qoşulma ilə məhdudlaşmır, siz istədiyiniz anda və məkanda yaxınlarınızla əlaqə saxlaya biləcəksiniz.

Galaxy Tab А10.1 (2019) planşet kompüteri haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.