Qapıçıdan gülməli səhv - VİDEO

12 İyun 2019 08:04

Amerika Əsas Futbol Liqasında (Major League Soccer - MLS) "San-Xose" klubunun argentinalı qapıçısı Mario Daniel Veqa dəhşətli səhvə yol verib.

Milli.Az xəbər verir ki, o, "Dallas"a qarşı matçda avtoqola səbəb olub.

Veqa müdafiəçinin ötürməsindən sonra topu uğursuz qəbul edib və nəticədə onu qoruduğu qapıdan buraxıb. MLS-in mətbuat xidməti qapıçının hərəkətini "dəhşətli səhv" adlandırıb.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb. (publika.az)

Milli.Az