Tanınmış bloqer faciəvi şəkildə öldü - FOTO

11 İyun 2019 12:55

Rusiyada sosial şəbəkə fenomeni faciəvi şəkildə ölüb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşmaq məqsədi ilə elektrikli qatarın üzərində şəkil çəkdirən 21 yaşlı qız cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Sankt-Peterburqda yaşayan 21 yaşlı Alina şəkil həvəsinə qurban gedib. Bu vaxta qədər binaların başında və digər təhlükəli yerlərdə şəkillər çəkdirib, şəxsi sosial şəbəkə hesablarında paylaşan Alina cərəyan vurması nəticəsində ölüb.

Hər kəsdən gizlin elektrikli qatarın üzərinə çıxan Alina müvazinətini itirdikdə ani olaraq əllərini kabellərdən tutub və yüksək gərginlik səbəbindən yanıb.

Qatar dərhal dayandırılıb, Alina xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mmkün olmayıb.

Emin
Milli.Az