Lazarevlə Loboda mükafat üstündə dava etdi

11 İyun 2019 15:52

Rusiyada "Премии Муз-ТВ" mükafatlandırma gecəsi baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecədə yan-yana oturan Sergey Lazarevlə Svetlana Lobodanın mübahisəsi müzakirələrə səbəb olub.

"Ən yaxşı albom" mükafatını alan sənətçi "İlin müğənnisi" nominasiyasını alan həmkarını təbrik etməyib. Bunun Əvəzinə isə onun üzünə sərt sözlər deyib.

Sergey "Lovodaya "Guya nədir? Guya, sən ən yaxşısan?" deyərək, onu təhqir edib. Svetlananın gecənin sonunda albomunda yer alan 6 mahnının hamısını səsləndirməsi Lazarevi qıcıqlandırıb. Çünki Sergey texniki problemə görə, tədbirdə "Eurovision" mahnısını belə oxuya bilməyib.

Zalda oturan müğənniləri belə Lazarev öyrədərək, Lobodanın çıxışı zamanı durub getməyə öyrədib. Sənətçilər hətta afterparty-yə də qalmayıblar.

Milli.Az