“Cin Sovetskidə”: şitlikdən uzaq...

11 İyun 2019 10:15

Azərbaycanda "Cin Sovetskidə" adlı film çəkilir.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, filmin quruluşçu rejissoru və ssenari müəllifi bir zamanlar ən populyar layihələrə imza atmış rejissor Zaur Qurbanovdur.

Komediya janrında çəkiləcək film tezliklə ekranlarda olacaq. Rejissor film haqqında, sadəcə, bu sözləri deyib:

"Şitlikdən, bayağılıqdan, mənasız və efir etikasından kənar ifadələrdən uzaq, peşəkarlıqla işlənmiş, sözün əsl mənasında, komediya filmi olacaq".

Xatırladaq ki, yerli kinomuzda oxşar adlı film mövcuddur. Bu, 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal olunmuş "Cin mikrorayonda" adlı komediya janrında çəkilmiş musiqili-fantastika filmidir. Ekran işinin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifi Eldəniz Quliyevdir.

Milli.Az