Manhettendə helikopter binanın damına çırpılıb, ölən var

10 İyun 2019 23:52

Manhettendə helikopter binanın damına çırpılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, helikopter dama çırpıldıqdan sonra alışıb, pilot hadisə yerində həlak olub.

İnsident baş verən binada olan insanlar dərhal təxliyə edilib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını söndürüb.

Helikopterin qəzaya uğramasının səbəbi açıqlanmır.

Milli.Az