Robert Koçaryanın gəlini: “Şuşa ən sevdiyim yerdir” - Növbəti erməni həyasızlığı

10 İyun 2019 15:59

Erməni işğalçıları qan bahasına işğal etdikləri Şuşadan yeni görüntüləri qürurla, şəstlə yaymağa davam edirlər. Sanki bu torpaqlar işğalla, namərdcəsinə deyil, böyük qəhrəmanlıqla əldə edilib.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, Ermənistan Respublikasının eks prezidenti Robert Koçaryanın gəlini Siranuş Koçaryan Şuşa şəhərinin yeni görüntülərini yayıb. O, öz İnstaqram səhifəsindən işğal etdikləri Şuşanı az qala əzəldən vətəni olduğunu qələmə vermək üçün əməlli başlı dəridən-qabıqdan çıxıb. Şuşa adını təhrif edərək, Şuşı qeyd edib. Azərbaycanın gözəl güşəsini  Ermənistanın bir parçası kimi göstərən Siruşo (səhnə psevdonimidir) bunu fəxrlə təqdim edib. Fotolarda isə məkanın adı Şuşi Artsax Respublikası kimi göstərilib. 

Atalarımız demişkən, insanda ar yaxşı şeydir. Bir millət olaraq ermənilər bu simanı çoxdan itiriblər. Belə olmasaydı, heç olmaya qəbahətlərindən az da olsa utanardılar. 
Məncə,  Koçaryanın gəlinində günah yoxdur, günah onun damarlarında axan arsız qandadır. Belə olmasaydı yəqin ki, o fotoları paylaşıb: 

"Bura mənim ən sevdiyim yerdir" kəlməsini yazanda  vicdanı az da olsa sızlayardı...

Milli.Az