"7 Gözəl Wedding Fashion Show & Awards 4 " keçirildi - FOTO

10 İyun 2019 18:54

"Pi Group Production" "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, şou və moda gecəsi keçirib.

Milli.Az xəbər verir ki, "Elite Events Hall" da keçirilən "7 Gözəl Wedding Fashion Show & Awards 4 "də gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının, müğənnilərin çıxışı, iş adamlarının digər sahələr üzrə uğur qazanmış şəxslərin və məşhurların mükafatlandırılması baş tutub.

Gəlinlik butiklərindən "White Room by Diamond" və "FH Bridal", ziyafət geyimlərindən isə "Rufina couture" və "By Nika Collection" nun defilələri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Gecədə "Azəri atəşi" rəqs qrupu, müğənnilərdən Javid,Ayaz Babayev, Xatirə İslam və digərləri çıxış etmişlər.

Surprizlərlə dolu bir gecədə ad gününü qeyd edən tanınmış fotoqraf Niko Abbasov üçün mapingdən hazırlanmış qeyri adi tort səhnəyə gətirildi.Digər surpriz isə tədbirin aparıcısı olan Vüqar Azəroğlunun illərdi sevdiyi xanıma hər kəsin qarşısında evlilik təklif etməsi ilə yaddaşlarda qaldı.

Digər tədbirlərdən fərqli olaraq  "7 Gözəl Wedding Fashion Show & Awards 4" hər zamankı kimi tamaşaçıların böyük marağına səbəb olmuş və hər dəfə olduğu kimi ilklərə imza atmışdır.

Təşkilatçı: "Pİ Group Production"
Layihənin rəhbəri: İsmayıl Qasımov
İdeya müəllifi: Pərvanə Məmmədova
Gecənini aparıcısı: Vüqar Azəroğlu
Musiqi rəhbəri: Dj Zaur.
Tədbirin foto komandası: "Alakbarkarimli"

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az