Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası artıq tamamlanıb, demarkasiya prosesi isə qarşılıqlı anlaşmada davam etdirilir: "Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir".
Qeyd edək ki, bundan əvvəlki görüş yazda keçirilib.
Milli.Az