"Android" smartfonlarında təhlükəli virus aşkarladı

10 İyun 2019 17:41

Hakerlər "Android" əməliyyat sistemi ilə işləyən mobil cihazlara işə salınmazdan əvvəl, istehsal mərhələsində virus yeritməyin yolunu tapıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu kibercinayət sxemi ilə bağlı "The Verge" nəşri "Google" mütəxəssislərinə istinadən məlumat yayıb.

Söhbət mobil cihazlarda reklam yerləşdirmək və spam göndərmək üçün nəzərdə tutulan "Triada" ailəsindən olan təhlükəli proqramlardan gedir. Məlum olub ki, yenilənmiş "Android-troyan"lar qabaqcadan telefona yazıla bilər.

Belə hiyləgər virtual hücum istehsalçı şirkətlərə funksiyaları təkmilləşdirməkdə kömək edən və hazır proqramlarla təchiz edən PT (proqram təminatı) tədarükçülərinin əli ilə törədilir. Belə tədarükçülərə çox sayda təşkilat müraciət edir. Yoluxmanın təfsilatları barədə məlumat verilmir.

"Triada" ailəsindən olan hücumlara konkret olaraq hansı smartfonların məruz qaldığı barədə məlumat verilmir.

Habelə bundan əvvəl, 2017-ci ildə Çinin "Leagoo" və "Nemu" şirkətləri bu zərərli proqramın müxtəlif variantlarını aşkarlamışdı.

"Google" əməkdaşları istifadəçilərə mobil cihazlarında virusların olub-olmamasını yoxlamaq üçün "Build Test Suite" proqramını yazmağı tövsiyə edir.

Milli.Az