Rusiyada xüsusi xidmət orqanı əməkdaşlarının məlumatları internetə sızdı

10 İyun 2019 18:34

Rusiyada üç bankın müştərilərinin şəxsi məlumatları internetə sızdırılıb.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, sızan məlumatlar 900 mindən çox insana aiddir. Onların arasında 500 DİN və 40 FTX (Federal Təhlükəsizlik Xidməti - red.) əməkdaşının məlumatları yer alır.

Söhbət adlar, telefon nömrələri, iş yeri və pasport məlumatlarından gedir. Sızmanın may ayında baş verdiyi təxmin edilir.

Bunun səbəbi barədə rəsmi məlumat verilmir.

Milli.Az