İranda güclü meşə yanğını qeydə alınıb

9 İyun 2019 20:06

İranın cənub-qərbində Xuzistan vilayətinin Əhvaz rayonunun Qeyzaniyyə məntəqəsində meşəlik ərazisi yanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xuzistan vilayətinin Əhvaz rayonunun Qeyzaniyyə məntəqəsinin rəhbəri Rəsul Saki deyib.

R.Sakinin sözlərinə görə, yanğın təxminən 3 saatdır başlayıb və güclü yanğın sürətlə yayılmaqdadır.

Qeyzaniyyə məntəqəsinin rəhbəri əlavə edib ki, hal-hazırda İranın Neft Şirkətinin iki yanğınsöndürmə maşını yanğını söndürməklə məşğuldur. Lakin bu yetərli deyil və Əhvazdan əlavə yanğınsöndürmə maşını istənilib.

Yanğının baş verdiyi meşəlik ərazisinin ətrafında 4 kənd yerləşir.

Milli.Az