"Qırmızı papaq və Redmuzi" uşaq tamaşası bir daha nümayiş olunacaq - VİDEO

9 İyun 2019 17:49

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində gənc tamaşaçıların xahişi ilə 14 iyunda, saat 12:00-da, yalnız 1 gün və yalnız 1 seans "Qırmızı papaq və Redmuzi" uşaq tamaşası bir daha nümayiş olunacaq.

DTX-dan Milli.Az-a verilən məlumata görə, yerlər məhduddur. Biletlərin qiyməti yer fərqi olmadan 10 AZN təşkil edir.

Qeyd edək ki, əldə edilən vəsait xeyriyyə aksiyası üçün istifadə olunacaq.

Milli.Az