Lənkəranda təcili eniş edən Bakı-Naxçıvan təyyarəsi yola düşüb - YENİLƏNİB

8 İyun 2019 17:41

17:41

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enən təyyarə saat 17:00-da Lənkərandan Naxçıvana yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə məlumat verilib.

---------
17:10

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

Milli.Az xəbər verir ki, bu barədə Trend "Azərbaycan Hava Yolları" QSC-yə istinadən məlumat verir.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

Milli.Az