Roza Zərgərli "Zaurla Günaydın"da qonaq olub.
Milli.Az xəbər verir ki, cazibədar ifaçı proqrama tək gəlməyib. Roza azyaşlı qız uşağı ilə kamera qarşısına çıxıb.
Aparıcı Zaur Baxşəliyevin müğənniyə ünvanladığı "Bu, sənin nəvəndir?" sualına xanım ifaçı cəsarətli etirafı ilə yadda qalıb:
"Oxşamır? Sağ əlim başına, sənə də qismət! İnanmırsan, özündən soruş".
Qeyd edək ki, Rozanın Bənövşə adlı bir qızı, övladlığa götürdüyü iki oğlu və daha bir qızı var. Övladlığa götürdüyü Natəvan adlı 27 yaşlı qızının iki övladı var.
Xatırladaq ki, Zərgərli açıqlamasında "Qız türkdür. Çox gözəl xasiyyəti var. Corcun öz seçimidir. Amma qızı görəndən sonra mənim də ürəyim getdi ondan ötrü. Artıq mənim oğlumun "həri"si də olub" bildirmişdi.
Məhəmməd Vaqif
Milli.Az