Telefon suya düşərsə nə etmək lazımdır?

11 İyun 2019 08:41

Hər birimiz telefon alarkən ən keyfiyyətli, cibimizə uyğun və brend olan markaya üstünlük veririk. Nə qədər ehtiyatlı davransaq da, bəzən elə olur ki, telefon əlimizdən düşüb zədə alır. Təbii ki, əksər hallarda həmin telefon yenidən işləməyə davam edir. Amma suya düşən telefonları çox vaxt işlətmək demək olar ki, mümkün olmur. Telefonu suya düşən şəxslər onun arxasını açaraq fenlə, tozsoranla qurutmağa çalışırlar. Bu isə öz növbəsində telefonun müəyyən detallarına zərər verir və eyni zamanda suyun bütün detallara yayılmasına kömək edir.

"Telefon suya düşdyü halda nə etmək lazımdır?" - bir üsul təqdim edirik:

Telefonu söndürün. 

Milli.Az ted.az-a istinadən bildirir ki, telefon açıq olduğu təqdirdə içəri sızan su işləyən mexanizmin verdiyi istilik nəticəsində telefonun bütün detallarına yayılır. Bu səbəbdən tez bir zamanda telefonu söndürün və batareyanı çıxarın.

Təmiz dəsmal ilə qurulayın.

Telefonu söndürdükdən sonra təmiz bir dəsmal ilə qurulayın.

Telefonu ən xırda detallarına qədər ayırın.

Xırda detal deyərkən, yaddaş kartı, sim kart və bunun kimi telefondan çıxarılması mümkün olan bütün xırda detallar nəzərdə tutulur.

Pambıq və qulaq çöpü ilə qurulayın.

Ayırdığınız detalları pambıq və qulaq çöpü ilə qurulayın. Dəsmallar çox zaman toz buraxdığı üçün pambıqla qurulamaq daha məsləhətlidir.

Silika Geldən istifadə edin.

Paltar, çanta kimi məhsulları pas və kiflənmədən qoruyan bir maddədir. Çox zaman yeni aldığımız paltarların cibində olur. Telefonunuzu slika gel dolu bir qaba qoysanız, su dənəcikləri çox sürətli bir şəkildə çəkiləcək.

Və telefonun tam olaraq quruduğuna əmin olduqdan sonra sönülü vəziyyətdə enerjiyə qoşun. Telefonunuzun batareyası 100% dolduqdan sonra açılarsa, yarana biləcək problemlərin ehtimalı daha az olacaq.

Milli.Az