“Microsoft” yeni əməliyyat sisteminin inkişafını davam etdirir

11 İyun 2019 08:51

"Microsoft" şirkəti ən yeni əməliyyat sisteminin yaradılması istiqamətində fəal iş aparır. İnsayderlər yeni platformanın "Windows"la ümumi xüsusiyyətləri olmadan tam müstəqil olacağını proqnozlaşdırırlar.

Milli.Az ted.az-a istinadən bildirir ki, bundan əlavə, interfeys, əməliyyat rejimi və digər mühüm parametrlər istifadəçilərin əksəriyyəti üçün çox gözlənilməz olacaq. İstehsalçı, əməliyyat sisteminin ilkin olaraq öz görünüşü və iş sürəti ilə çoxlu sayda insanı cəlb edə bilməsində maraqlıdır.

Bununla yanaşı, istehsalçılar, bu əməliyyat sisteminin gələcəkdə müxtəlif cihazlar və qadjetlərdə istifadə oluna biləcəyini anons ediblər. "Windows"un qeyri-adi xüsusiyyətləri arasında, fon yeniləməsinin tətbiqi olacaq ki, bu da aktual proqramda heç vaxt istifadə edilməyib.

Milli.Az