Paşinyandan Qarabağ açıqlaması: "Mümkün deyil"

8 İyun 2019 10:11

Qarabağın iştirakı olmadan bu konflikti həll etmək mümkün deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistanın mövqeyinin guya konstruktiv olduğunu və konfliktin sülh yoluyla həllinə çalışdığını bildirib:

"Beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var. İndi biz Qarabağı danışıqlar masası arxasına qaytarmaq və həllin 3 tərəfin iştirakı ilə davam etdirilməsi üzərində çalışırıq".

Milli.Az