Millətlər Liqasında finalın hakim təyinatları açıqlandı

7 İyun 2019 18:25

UEFA Millətlər Liqasında Portuqaliya ilə Hollandiya arasında keçiriləcək final matçına təyinatlar məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Malyenko olacaq. Ona Roberto Alonso Fernandes və Xuan Karlos Yuste Ximenes kömək edəcək. VAR hakimi Alexandro Hernandes və Xuan Martines olacaq. Dördüncü hakim funksiyasını isə Antonio Mateu Laos yerinə yetirəcək.

Portuqaliya - Hollandiya matçı iyunun 9-da, saat 22:45-də başlayacaq.

Milli.Az