"Erkenci kuş" serialının baş rol qəhrəmanları sevgilidir - VİDEO YAYILDI

7 İyun 2019 12:24

"Erkenci kuş" serialının baş rol qəhrəmanları Can Yaman və Demet Özdemir sevgili olub.

Milli.Az xəbər verir ki, aktyorlar ailələləri ilə Ramazan bayramını birlikdə qeyd ediblər.

Can Yaman əmisinin nəvəsi ilə birlikdə hovuza girib. Həmin anları lentə alan əmisi isə "Allah sizə də belə bir övlad verər, inşallah" deyib. Bu sözlərdən sonra Demet Özdemir qəhqəhə ilə gülüb.

Əmisinin bu sözləri aktyorların sevgili olmasını düşünməyə rəvac verib. (publika.az)

Milli.Az