Gürcüstanda helikopter qəzaya uğradı, ölənlər var

6 İyun 2019 23:53

Gürcüstanda Kazbeqi bölgəsində, Stepantsiminda qəsəbəsi yaxınlığındakı dağlıq ərazidə helikopter qəzaya uğrayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb.

Qəzanın səbəbləri hələlik məlum deyil. Gürcüstanın Mülki Aviasiya Agentliyi helikopterdə "qara qutu"nun olmadığını açıqlayıb.

Amerika-Kanada birgə istehsalı olan BELL-505 markalı helikopter 2018-ci ildə istehsal olunub. Bu ilin may ayında helikopter texniki baxışdan keçib. Hadisə şahidlərinin sözlərinə görə, helikopter 50-60 metr hündürlükdə uçub və havada alovlanıb.

Ölənlərin birinin pilot, ikisi isə otel işçisi olduğu bildirilir.

Milli.Az