Kamçatkada Mİ-8 vertolyotu qəzaya uğradı, həlak olanlar var

11 Aprel 2010 14:18
"Exo Moskvı" radiostansiyasının verdiyi xəbərə görə, ümumilikdə vertoloytda 18 nəfər, o cümlədən 12 əcnəbi snoubordçu olub.

8 nəfər xilas olunub ki, onların da 6 nəfəri Almaniya, 1-i Belçika, 1-i isə Rusiya vətəndaşıdır.

Fevralın 10-da göyərtəsində turistlərin olduğu Mİ-8 vertolyotu təyin olunmuş vaxtda əlaqəyə çıxmadıqdan sonra, onun axtarışı başlanıb. Məlum olub ki, uçuş aparatı Dokum dolayları rayonunda qar uçqununa düşüb. Uçqun zamanı 15 turist dağın ətəyində, üç nəfər ekipaj üzvü isə vertolyotun kabinəsində olub.

Qar axını vertolyotu dağın yamacı ilə 200 metr aşağıya doğru aparıb. Nəticədə vertolyotun korpusu tamamilə dağılıb, iki ekipaj üzvü həlak olub

Hadisə yerində həlak olmuş turistlərinin 4-10 metr dərinlikdə olan cəsədlərinin tapılması istiqamətində iş davam etdirilir.

/APA/