Gürcüstan idxal olunan mədəni sərvətləri gömrük rüsumundan azad edə bilər

7 İyun 2019 06:30

Gürcüstan hökuməti ölkəyə gətirilən, idxal olunan mədəni sərvətləri gömrük rüsumundan azad edə bilər.

Bu barədə məsələ Gürcüstanda mədəni sərvətlərin və muzey komplekslərinin qorunması mövzusunda keçirilən görüşdə qaldırılıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, mədəni sərvətlərin idxal rüsumundan azad olunması muzey fondlarının zənginləşməsinə və yenilənməsinə şərait yaradacaq. Onun sözlərinə görə, mədəni sərvətlərin idxalı zamanı tətbiq olunan rüsum o qədər də çox deyil və məbləğ büdcənin formalaşmasında elə mühüm əhəmiyyət kəsb etmir.

Dövlət başçısı müvafiq təklifin qanunvericilik təşəbbüsü qaydasında ölkə parlamentinə təqdim olunacağını bildirib.

Milli.Az xəbər verir ki, görüşdə iştirak edən Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Goorqadze AZƏRTAC-a bildirib ki, Prezident tərəfindən irəli sürülən təklif müvafiq qaydada müzakirə olunmalıdır. O, ümumiyyətlə, təklifi yüksək qiymətləndirib.

Milli.Az