“Paşinyan xaindir, torpaqları satacaq” – İrəvanda Qarabağ çaxnaşması

6 İyun 2019 19:23

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdakı separatçı rejimi satqınlıqda ittiham etməsi gərginliyə səbəb olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ittihama cavab verən separatçıların başçısı Bako Saakyan erməni baş nazirin açıqlamasının bölgədə gərginliyə səbəb ola biləcəyini deyib.

Saakyan Nikol Paşinyanın Azərbaycanla danışıqlar barədə Qarabağı məhdud formada məlumatlandırdığını bildirib:

"Əgər Paşinyan bizim Qarabağı satacağımızdan şübhələnirsə, oturub bunu müzakirə edə bilərik. Potensial gərginliyin qarşısını almaq naminə belə müzakirələrlə vacibdir.

Üstəgəl, Nikol Paşinyan Ermənistan baş naziri postuna keçdikdən sonra onu məlumatlandırdım ki, Azərbaycanla aparılan danışıqlar barədə bizə də məlumat versin. Mənim onunla görüşümdə müzakirə etdiyim ən prinsipial məsələlərdən biri bu idi. Düzdür, Azərbaycanla görüşdən sonra baş nazir biri məlumatla təmin etdi, amma bu məhdud məlumatlardır".

Bako Saakyan Paşinyanın separatçı rejim daxilində satqınların olması barədə ittihamına da cavab verib:

"Paşinyandan əvvəl "Mənim Addımım" blokundan olan bəzi deputatlar Ermənistan parlamentinin 20 may iclasında da buna oxşar ittihamlar səslənirdilər. Bunun hansı əsaslarla səsləndirildiyini bilmirəm, amma belə xainlər varsa, cəzalandırılacaq. Ümumiyyətlə, bu kimi açıqlamları qərəzli hesab edirəm, şübhə varsa, bunu qarşılıqlı formada aradan götürməliyik. Belə hallar bizim birliyimizi poza bilər".

Qeyd edək ki, brifinq zamanı Ermənistan baş naziri özündən əvvəl Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar barədə separatçı rejimin məlumatlandırılmadığını bildirib:

"Beş dəfə onlardan (separatçılardan) danışıqlar prosesində baş verən hadisələrdən xəbərdar olub-olmadığını soruşdum, amma onlar heç nə bilmədilər. Mən hər şeyi söylədim, sənədləri verdim, amma sonra onlar gedib sosial şəbəkədə məni xain adlandırdılar, torpaqları satmaqda ittiham etdilər".

Milli.Az