Təhsil naziri istefa verdi, prezident qəbul etmədi - İranda

6 İyun 2019 18:53

İranın təhsil naziri Məhəmməd Bathai istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sonuncu iclasından sonra istefa ərizəsini prezident Həsən Ruhaniyə təqdim edi. Ancaq prezident nazirin ərizəsini qəbul etməyib. Bathai vəzifəsindən getməsinin səbəbi kimi müəllimlərin gecikən maaşlarının ödənilməməsini və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsini göstərib.

Xatırladaq ki, fevralın 25-də Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də istefa vermiş, ancaq Ruhani onun da istefasını qəbul etməmişdi.

Milli.Az