"WhatsApp"da problem yarandı

6 İyun 2019 14:57

"WhatsApp" mesencerinin işində problem yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, problem bir çox ölkələrdə müşahidə olunub.

İstifadəçilər məlumatların qəbul edilib ötürülməsi (64 faiz), şəbəkəyə qoşulmaq (32 faiz) və sistemə daxil olarkən (3 faiz) problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Qeyd olunur ki, əsasən Belçika, Almaniyada "WhatsApp" istifadəçiləri üçün problemlər yaranıb.

Milli.Az