Polyak diplomatdan xəbərdarlıq: İrəvan 2 ilə dəyişməsə...

5 İyun 2019 16:49

Polşa və digər ölkələrdə Ermənistana investisiya yatırmaqda maraqlı olanlar orada korrupsiyaya qarşı mübarizəni hələlik görmürlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Aravot" qəzetinə açıqlamasında Polşanın Ermənistandakı eks-səfiri Yeji Marek Novakovski deyib.

"Bəziləri mənə deyir ki, oliqarxlar hakimiyyəti itirməyiblər. Yəni onların əvvəllər ödəniş etdiyi insanları sadəcə dəyişiblər. Oliqarxlar əvvəlki kimi iqtisadi hakimiyyətlərini qoruyub saxlayırlar. Mən anlayıram ki, Paşinyanın komandası böyük deyil, amma Ermənistan 2 və ya 2,5 il ərzində ciddi dəyişikliklərə nail olmasa, öz şansını itirəcək və postsovet ölkələrinin boz zonasına geri dönəcək. Zaman siyasətdə böyük bataqlıqdır və bütün siyasətçilər bunu hər gün anlamalıdırlar", - deyə o bildirib.

Onun sözlərinə görə Ermənistanın Avrasiya İttifaqına üzvlüyü onun AB ilə əməkdaşlığına mane olur.

Milli.Az