Azərbaycan - Macarıstan oyununda sükut

5 İyun 2019 14:09

Bu həftə UEFA-nın bayrağı altında keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna səbəb UEFA-nın keçmiş prezidenti Yohansson Lennartın vəfat etməsidir. 

Qeyd edək ki, Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstanı qəbul edəcək. İyunun 6-da isə U-21 yığmamız  Avro-2021-in seçmə oyununda səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Milli.Az