Tramp: "İranla müharibə ehtimalı..."

5 İyun 2019 13:49

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların başlana biləcəyini istisna etməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri bildirib. Dövlət başçısının sözlərinə görə, o böyük məmuniyyətlə iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparmaq istərdi.

Eyni zamanda hərbi əməliyyatlarla bağlı sualın cavabında "Hər zaman ehtimal var. İstəyirəmmi mən? Mən istəməzdim. Lakin şans hər zaman qalır" deyib.

Milli.Az