ABŞ Bolqarıstana 8 ədəd F-16 qırıcısı göndərir

4 İyun 2019 17:14

ABŞ Bolqarıstana 1 milyard 673 milyon dollar dəyərində F-16 qırıcıları, Block 70/72 hərbi təyyarə satıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən satışa icazə verib.

Pentaqonun Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi bəyan edib ki, Bolqarıstana 8 ədəd F-16 qırıcı və Block 70/72 hərbi təyyarə satılması razılaşdırılıb.

Qeyd edilir ki, Bolqarıstan danışıqlar zamanı 8 ədəd F-16/C və D seriya model istəyib.

Pentaqonun Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin açıqlamasında "Təklif edilən satış Bolqarıstan hava sahəsini qoruma, regional təhlükəsizlik və ABŞ ilə NATO sistemləri ilə ortaq işləmək qabiliyyətini təmin edəcək" ifadələri yer alıb.

Milli.Az