"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"da - FOTO

3 İyun 2019 16:02

"Zirə" klubu futbolçusu Vüqar Mustafayevlə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Qəsəbə təmsilçisi oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vüqar Mustafayev 2016-cı ildən "Zirə"də çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.

Mustafayevin yeni klubu da artıq müəyyənləşib. Gənc yarımmüdafiəçi "Sumqayıt"la 1 illik müqavilə imzalayıb. O, yeni klubunda 6 nömrəli formada çıxış edəcək.

Milli.Az