Hazal Kayadan illər sonra “Aşk-ı Memnu” ETİRAFI

3 İyun 2019 15:48

Məşhur aktrisa Hazal Kaya qonaq olduğu "Aşırı ünlülerle kısa görüşmeler" verilişində illər əvvəl çəkildiyi "Aşk-ı Memnu" serialı haqqında maraqlı etiraflar edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu film aktrisanın karyerasında ilk böyük rolu olub. Hazal, əslində, Nihal obrazını heç sevmədiyini bildirib.

""Aşk-ı Memnu" serialına cadu eləmişdilər, nə idi bilmirəm. Sehrli, əfsunlu bir işdir. Bir səhər Selçuk Yöntəmlə foto göndərdik. Çünki televizorda serial gedir, biz də evdən çölə çıxammırıq. 

Nihal obrazını heç sevmədim. Əsərdə Nihal çox mədəni və savadlı insandır. Amma serialdakı Nihal elə deyil", - aktrisa bildirib.

Milli.Az