Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq - Günün havası

3 İyun 2019 09:52

Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.

Milli.Az