"Çukur"un Vartolusu futbola döndü - FOTO

3 İyun 2019 09:45

"Çukur" serialında Salih Koçovalı (Vartolu Sadettin) obrazını canlandıran aktyor Erkan Kolçak Köstendil serial sezon finalına çıxan kimi futbola geri dönüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı aktyor "Vəfaspor"un məşqinə qatılıb. Klubun bazasını ziyarət edən Erkan Kolçak məşqdə iştirak edərək yenidən qapıçı əlgəklərini geyinib. Klub onun fotolarını sosial mediada paylaşıb.

Qeyd edək ki, Erkan Kolçak "Bursaspor"un aşağı yaş qruplarında qapıçı olub.

Milli.Az