Təyyarə qəzaya uğrayıb: ölənlər var

3 İyun 2019 08:19

Kanadanın Alberta vilayətində kiçik təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "CTV" kanalı bildirib.

Hadisə təyyarənin Medisin-Xet şəhər hava limanından qalxmasından sonra baş verib. Həmin təyyarə Saskaçevan vilayəti istiqamətində uçub.

Təyyarə qəzasında üç nəfər həlak olub, onların şəxsiyyətləri açıqlanmır.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az