Yay ləzzəti - Dondurmalı kokteyl

2 İyun 2019 20:30

İsti yay günlərində asan  və tez hazırlanan sərin təamlara ehtiyac duyulur.

Milli.Az Axşam.az-a istinadən sizə dondurma və meyvələrlə hazırlaya biləcəyiniz sərin və vitaminli kokteyl reseptini təqdim edir.

300 qr vanilli dondurma
100 ml süd
10-12 ədəd çiyələk

Ərzaqları blendrdə qarışdırın. Meyvə seçimi sərbəstdir. Çiyələk əvəzinə istədiyiniz yaz meyvəsini əlavə edə bilərsiniz.

Milli.Az