Balıqlar 50 milyon il əvvəl də birlikdə üzüblər

4 İyun 2019 21:20

Yeni bir araşdırmayla, balıqların yırtıcılardan qorunmaq üçün birlikdə etdiyi üzmə davranışının ən az 50 milyon il əvvələ söykəndiyi kəşf edildi.

Balıqlar, quşlar və həşəratlar üzərində işləyən elm insanları, bütün bu heyvanların iki sadə qaydanı izlədiyini tapdı: yanındakının sahəsini işğal edilməsi və qrupun qalanının hərəkətlərini təqlid edilməsi. Arizona Dövlət Universiteti və Mizuta Memorial Muzeyinin Oişi Fossils Qalereyasının araşdırmaçıların əldə etdiyi yeni nəticələrə görə, bu davranışların ən azı 50 milyon il yaşı var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar Yaponiyadakı Mizuta Memorial Muzeyinin Oişi Fossils Qalereyasını ziyarət edərkən içərisindəki qalıqları qorumuş bir daş lövhəni gördülər. Qrup, balıqların, dağ içərisindəki göllərdə yaşayan Erismatopterus levatus olduğunu təyin etdi.

Lövhənin içərisindəki balıqların bala olduğu fərq edildi ancaq bu qədər qısa müddət içərisində bu qədər balığın necə belə birlikdə öldüklərinə dair dəlil tapıla bilmədi. Araşdırmaçılar, bunun bir çökmə nəticəsində meydana gələ biləcəyini düşünür. Araşdırmaçıların əsl diqqətini çəkən şey isə balıqların mövqesi idi. Az qala hamısı bu ankı balıqlar kimi eyni istiqamətdə və nizamda üzürdü.

Milli.Az