Tbilisidə cinsi azlıqların paradına icazə verilmədi

31 May 2019 19:30

Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin iyunun 18-23-də keçirmək istədikləri parada icazə verilməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-də "Tbilisi pride" təşkilatının nümayəndələri ilə keçirilən görüşdə paradın keçirilməsinin təhlükəsizlik baxımından mümkün olmadığı izah olunub.

Nazirlik cinsi azlıq nümayəndələrinə özlərini ifadə etmələri üçün digər təhlükəsiz və alternativ imkanlar təklif edib. 

Milli.Az