Taksilərdə reklam yerləşdirmə üzrə startap - 30 MİLYON DOLLAR CƏLB ETDİ

1 İyun 2019 20:35

ABŞ-ın "Firefly" startapı növbəti maliyyələşmə raundu çərçivəsində 30 milyon ABŞ dolları cəlb edib.

Milli.Az fed.az-a istinadən bildirir ki, bu raunda GV (keşmiş Google Ventures) şirkəti başçılıq edib.

Startap bu vəsaitləri biznesin miqyasını genişləndirməyə, həmçinin "Strong Outdoor" şirkətindən rəqəmsal kontentin alınmasına xərcləyəcək.

"Firefly" qeyd edir ki, avtomobillərin üzərində reklam banerlərinin yerləşdirilməsi "Uber" və "Lyft" sürücülərinə ayda əlavə 300 dollar qazanmağa imkan verir.

Milli.Az