"Tottenhem"in qəhrəmanı finala bilet tapa bilmir

31 May 2019 14:30

"Tottenhem"in Çempionlar Liqasının finalına yüksəlməsində böyük əməyi olan Lukas Moura "Liverpul"la həlledici oyuna bilet tapa bilmir.

Milli.Az xəbər verir ki, "Ayaks"la yarımfinal mərhələsinin cavab matçında het-trik edərək komandasını Madrid finalına aparan braziliyalı hücumçu dostları üçün bilet tapa bilmədiyindən şikayətlənir:

"Final üçün 40 biletə ehtiyacım var. Ailəm, dostlarım və mənim üçün çox şey edən insanları finala aparmaq istəyirəm. Ancaq mənə, sadəcə, 24 bilet verildi. "Liverpul"dan Alisson ve Fabinyoya belə yazdım, amma mənə kömək edə bilmədilər"

Qeyd edək ki, "Tottenhem"lə "Liverpul" arasındakı Çempionlar Liqası finalı 1 iyun saat 23:00-da baş tutacaq.

Elçin
Milli.Az