Ramil Quliyevdən növbəti medal

31 May 2019 11:10

 Azərbaycanlı atlet Ramil Quliyev növbəti medalını qazanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Türkiyə yığmasının 29 yaşlı üzvü İsveçin paytaxtı Stokholmda keçirilən Brilliant Liqasının üçüncü mərhələsində ikinci pilləni tutub və "gümüşü" boynundan asıb.

İdmançı 200 metr məsafəni 20,40 saniyəyə qət edib. Quliyev ötən il eyni yarışda 19,22 saniyə ilə çempion olmuşdu.
 
O Türkiyə yığmasının heyətində 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa birincisi adını qazanıb.

Milli.Az