Neft 2 faizdən çox ucuzlaşıb

30 May 2019 23:32

Dünya birjalarında neft ucuzlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Brent markalı neft 2,64 faiz ucuzlaşaraq barreli 66,08 dollara düşüb.

WTI markalı neftin iyul fyuçersi isə 2,02 faiz ucuzlaşaraq barreli 57,62 dollar təşkil edib.

Qeyd edək ki, Brent mart ayından bəri ilk dəfədir ki, 66 dollardan aşağı düşüb.

Milli.Az