Ətirli və dadlı nanə mürəbbəsi

30 May 2019 22:56

Nanənin faydalarını saymaqla bitməz. Həzm sistemi xəstəliklərindən, ürək xəstəliklərinədək bir çox problemin qarşısını alacaq bu ətirli otdan mürəbbə hazırlandığını bilirdinizmi?

Milli.Az axşam.az-a istinadən nanə mürəbbəsinin reseptini təqdim edir:

250 qr nanə yarpağı
1 kq, şəkər tozu
2 ədəd limon
0,5 l su
4-5 ədəd hil, mixək (zövqə görə)

Yarpaqları təmiz yuyun. Daha sonra sərərk qurudun. Yaş olmayan yarpaqları xırda-xırda doğrayın. Üzərinə su əlavə edib 10 dəqiqə qaynadın.

Bir gündən sonra ərzaqları sıxıb üzərinə su və şəkər tozu səpib hazır olanadək qaynadın. Bankalara töküb bağlayın. Nuş olsun!

Milli.Az