Kosmonavtlar 10 ildir açıq kosmosda qalan dəsmalı götürdülər

30 May 2019 19:26

Rus kosmonavtlar Oleq Kononenko və Aleksey Ovçinin açıq kosmosa çıxıblar. Beynəlxalq Kosmik Agentliyin səthində, açıq kosmosda iş zamanı çox maraqlı detal aşkar ediblər.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, kosmonavtlar oradan 10 ildir kosmosda qalan dəsmalı götürüblər. Bundan o vaxt həmkarları skafandrları silmək üçün istifadə etmişdilər. Dəsmalı tədqiqat üçün Yer kürəsinə gətirəcəklər.

Kononenko və Ovçinin açıq kosmosa ilk dəfə çıxmış adam kimi tarixə düşən Sovet İttifaqı qəhrəmanı Aleksey Leonovun avtoqrafını da aparıblar. Beləcə, bu gün 85 yaşı tamam olan kosmonavtı təbrik ediblər.

Kononenko və Ovçinin dünən axşam açıq kosmosa çıxıb. Onlar Beynəlxalq Kosmik Agentlikdən kənarda 6 saat keçirməliydi.

Milli.Az