"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçuların oruc tutmasına qarşı olmadığını açıqlayıb.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Sadio Mane və Məhəmməd Salahı nümunə göstərib:
"Futbolçularımın oruc tutmasıyla bağlı bir problemim yoxdur. Oruc tutsalar da, tutmasalar da, möhtəşəm insanlardır. Onların inanclarına hörmət edirəm. Bəzi günlər namaz qıldıqları üçün Mane və Salah paltardəyişmə otağına gec gəlir. Futboldan önəmli şeylər var".
"Liverpul" iyunun 1-də Çempionlar Liqasının finalında "Tottenhem"lə qarşılaşacaq.
Milli.Az