Moskva-Qroznı təyyarəsində fövqəladə hadisə: 155 sərnişin ölümdən döndü

30 May 2019 17:29

Moskvada Qroznıya uçan sərnişin təyyarəsi texniki nasazlıqla bağlı "Şeremetova" hava limanına eniş edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında Moskva regionunun təcili və təxirəsalınmaz xidmətinin nümayəndəsi bildirib.

"Sərnişin təyyarəsi 10:22-də (Bakı vaxtı ilə 11:22-də enib - Red.) - deyə agentliyin mənbəsi bildirib.

İlkin məlumatlara görə, təyyarənin yanğınsöndürmə sistemində nasazlıq siqnalı işi düşüb.

Hadisə baş verən zaman təyyarənin göyərtəsində 155 sərnişin olub.

Milli.Az