“Çukur”un Vartolusundan maraqlı addım

30 May 2019 15:09

"Çukur" serialında Vartolu obrazını canlandıran Erkan Kolçak Köstendilin yeni layihəsi bəlli olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Köstəndil tək adamlıq teatr tamaşası ilə Türkiyədə qastrol səfərinə çıxacaq.

Onun bu layihəsi yay boyu davam edəcək. Tamaşanın ssenarisni Köstəndil özü yazıb. "12 nömrəli adam" adlı tamaşa barədə aktyor özü İnstaqram səhifəsində məlumat verib.

Milli.Az