Bu ölkənin ordusu “Windows”dan imtina edir

30 May 2019 20:44

Çin məmurları hərbçilərin kompüterlərinə "Windows" əməliyyat sisteminin quraşdırılmasından imtinaya dair qərar veriblər.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, onların fikrincə, ABŞ tərəfindən müdaxilə təhlükəsi yüksəkdir. "Microsoft"un proqram təminatının əvəzinə, şəxsi əməliyyat sistemindən istifadə nəzərdə tutulur.

Lakin yeni əməliyyat sistemi hələ işlənib hazırlanmalıdır. Həmçinin "Windows" sistemindən "Linux"a keçid təhlükəlidir, çünki Çin məmurları "Windows", "Linux" sistemlərinə müdaxilə üçün ABŞ-ın böyük hücum arsenalından yaxşı xəbərdardırlar.

İnternetdə informasiya təhlükəsizliyi üzrə yeni qrup (Internet Security Information Leadership Group) yeni əməliyyat sisteminin işlənib hazırlanması ilə məşğul olacaq. Bu qrupa Çin Kommunist Partiyası birbaşa rəhbərlik edir.

Milli.Az