MSK: Azərbaycanda ən yaşlı seçicinin 125 yaşı var

29 May 2019 12:57

Azərbaycanda ən yaşlı seçicinin 125 yaşı var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.

Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir.

Ötən illə müqayisədə ən yaşlı qadın seçici dəyişməsə də, ən yaşlı kişi seçici dəyişib. Belə ki, ötən il ən yaşlı kişi seçici Biləsuvar rayonunda 66 saylı dairədən olan 1900-cü il təvəllüdlü Qurbanov Səftər idi.

Milli.Az