Azərbaycanda seçicilərin sayı açıqlandı

29 May 2019 14:37

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

"Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".

Milli.Az